Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS)
14.07.2026
2463 baxış
Rəqəmsal Səhiyyə Mərkəzi PHŞ-nin əsas fəaliyyət istiqamətlərindən biri ölkə üzrə səhiyyə xidmətlərinin vahid rəqəmsal platforma üzərindən idarə olunmasını təmin edən Vahid Səhiyyə İnformasiya Sisteminin (VSİS) qurulması və inkişafıdır. VSİS səhiyyə məlumatlarının mərkəzləşdirilmiş, təhlükəsiz və interoperabel mühitdə toplanmasını, emalını və idarə edilməsini təmin edən strateji dövlət platformasıdır.
VSİS-in strukturuna aşağıdakı altsistemlər daxildir:
1. Tibbi Rəqəmsal Əkiz altsistemi (Elektron Sağlamlıq Kartı)
2. Tibbi Müayinə Kartı altsistemi
3. Kadrların Avtomatlaşdırılmış Uçot altsistemi
4. Elektron Resept altsistemi
5. Nümunəvi Tibbi İnformasiya altsistemi
6. Dövlət Sanitariya Nəzarəti altsistemi
7. Səhiyyədə coğrafi informasiya altsistemi
8. Vahid Qan Bankı altsistemi
9. Mərkəzləşdirilmiş Tibbi Təchizat altsistemi
10. Tibb müəssisələrinin akkreditasiyası altsistemi
Bu altsistemlər səhiyyə xidmətlərinin bütün mərhələlərini – profilaktikadan diaqnostika və müalicəyə, idarəetmə və analitik qərarverməyədək – vahid rəqəmsal ekosistem çərçivəsində birləşdirir.