Ümumi şərtlər

Bu internet saytından istifadə edən hər bir şəxs təqdim olunan məlumatlardan yalnız qanunvericiliyə, ictimai maraqlara və saytın təyinatına uyğun şəkildə istifadə etməlidir.

Saytda yerləşdirilən məlumatlar maarifləndirici və məlumatlandırıcı xarakter daşıyır. Rəqəmsal Səhiyyə Mərkəzi məlumatların aktual və düzgün saxlanılması üçün müvafiq tədbirlər görür.

İstifadəçinin öhdəlikləri

İstifadəçi saytın işinə mane ola biləcək, məlumatların bütövlüyünü poza biləcək və ya üçüncü şəxslərin hüquqlarını məhdudlaşdıra biləcək hərəkətlərə yol verməməlidir.

Müraciət formaları vasitəsilə təqdim edilən məlumatların düzgünlüyünə görə istifadəçi məsuliyyət daşıyır.

Məlumatlardan istifadə

Saytdakı materiallardan istifadə edilərkən mənbəyə istinad olunmalıdır. Rəsmi sənədlərin tətbiqi zamanı onların qüvvədə olan son redaksiyası əsas götürülməlidir.