“Könüllü Donor ol” xidməti MyGov platformasında istifadəyə verilib

20.11.2026

3 baxış

Orqan donorluğu ilə bağlı könüllü qərarınızı artıq rəqəmsal mühitdə də ifadə edə bilərsiniz.

MyGov platformasında təqdim olunan “Könüllü Donor ol” xidməti vasitəsilə vətəndaşlar orqan donorluğu ilə bağlı iradələrini elektron qaydada bildirə və müvafiq müraciətlərini rəqəmsal formada təqdim edə bilərlər.

Xidmətdən istifadə etmək üçün MyGov mobil tətbiqinə daxil olmaq, “Xidmətlər” bölməsindən “Sağlamlıq” kateqoriyasına keçmək və “Könüllü Donor ol” xidmətini seçmək kifayətdir.

Orqan donorluğu insan həyatının xilasına və sağlamlığın bərpasına töhfə verən mühüm humanist addımdır. Yeni xidmət vətəndaşlara bu istiqamətdə öz iradələrini daha əlçatan və rahat şəkildə ifadə etmək imkanı yaradır.

Həyat bəxş etmək sizin qərarınızla başlaya bilər!