Doğum və ölüm haqqında tibbi şəhadətnamələr MyGov platformasında əlçatandır

20.11.2026

1 baxış

Forma 103 (doğum haqqında tibbi şəhadətnamə) və Forma 106 (ölüm haqqında tibbi şəhadətnamə) artıq MyGov platforması üzərindən elektron formada əlçatandır.

Vətəndaşlar MyGov platformasına daxil olduqdan sonra “Xidmətlər” bölməsindən “Sağlamlıq” kateqoriyasına keçid edərək sözügedən şəhadətnamələrə baxa, müvafiq sənədləri görüntüləyə və PDF formatında öz cihazlarına endirə bilərlər.

Xidmətin elektron formada təqdim edilməsi tibbi sənədlərin əldə olunmasını asanlaşdırır, onların istənilən vaxt əlçatanlığını təmin edir və vətəndaşların dövlət xidmətlərindən rəqəmsal mühitdə daha rahat istifadəsinə imkan yaradır.