Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib
13.07.2026
1049 baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Rüfət Cahangir oğlu Hacıəlibəyov Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Rüfət Hacıəlibəyov 2022-ci ilin iyul ayından etibarən Azərbaycan Respublikası səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində fəaliyyət göstərib. Bu müddət ərzində o, ölkədə elektron səhiyyə üzrə milli strategiyanın hazırlanması və icrasına rəhbərlik edib, səhiyyə sisteminin rəqəmsal transformasiyası istiqamətində həyata keçirilən islahatların əlaqələndirilməsini təmin edib.
Səhiyyə nazirinin müavini vəzifəsində Rüfət Hacıəlibəyov innovasiyaların tətbiqi, strateji idarəetmə, səhiyyənin rəqəmsallaşdırılması və tibbi statistika sahələrinə rəhbərlik edəcək.
Rüfət Hacıəlibəyov rəqəmsal transformasiya və informasiya texnologiyaları sahəsində 30 illik peşəkar təcrübəyə malikdir. Əmək fəaliyyəti dövründə dövlət və özəl sektorda çoxsaylı strateji əhəmiyyətli texnoloji layihələrin həyata keçirilməsinə rəhbərlik edib, həmçinin Azərbaycanda HP, Microsoft və SAP kimi aparıcı qlobal informasiya texnologiyaları şirkətlərinin yerli nümayəndəliklərinə rəhbərlik edib.
O, dövlət və korporativ səviyyədə uzunmüddətli informasiya texnologiyaları strategiyalarının hazırlanması və uğurla icrası, strateji planlaşdırma, böhran idarəçiliyi, eləcə də genişmiqyaslı institusional dəyişikliklər şəraitində kompleks layihələrin idarə olunması sahələrində zəngin idarəçilik təcrübəsinə malikdir.
Peşəkar fəaliyyəti ilə yanaşı, Rüfət Hacıəlibəyov ölkədə innovasiya və rəqəmsallaşma ekosisteminin inkişafına da töhfə verib. Müxtəlif illərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında innovativ startapların inkişafı üzrə Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2017-ci ildən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının üzvüdür.
Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafına verdiyi mühüm töhfələrə görə Rüfət Hacıəlibəyov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Mənbə: https://sehiyye.gov.az/