HIMSS Eurasia 2025-də Azərbaycan Rəqəmsal Səhiyyə Təcrübəsi Uğurla Təqdim Olundu

16.03.2026

1051 baxış

27–29 noyabr 2025-ci il tarixlərində Antalya, Belekdə yerləşən Susesi Luxury Hoteldə HIMSS və Türkiyə Səhiyyə Nazirliyinin birgə təşkil etdiyi HIMSS Eurasia Health Informatics and Technologies Conference and Exhibition uğurla başa çatıb.
Tədbir bu il də dünyanın müxtəlif ölkələrindən gələn səhiyyə mütəxəssislərini, innovatorları, dövlət nümayəndələrini və Səhiyyə İT sahəsinin liderlərini bir araya gətirərək səhiyyənin gələcək inkişafı ilə bağlı geniş müzakirə platforması yaradıb.
Konfrans çərçivəsində Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsəd-zadə “Asiyada Səhiyyənin Gələcəyi və Azərbaycanda Rəqəmsal Səhiyyə Transformasiyası” mövzusunda çıxış edərək ölkəmizin rəqəmsal səhiyyə sahəsində əldə etdiyi nailiyyətləri və gələcək inkişaf istiqamətlərini beynəlxalq auditoriyaya təqdim edib. Çıxış böyük maraqla qarşılanıb və regional əməkdaşlıq baxımından vacib mesajlar verilib.
Tədbir boyunca iştirakçılar:
• aparıcı ekspertlərin müzakirələrindən ən son trendləri öyrənib,
• innovativ rəqəmsal həllərlə tanış olub,
• startaplar və innovasiya ekosistemi nümayəndələri ilə əlaqələr qurub,
• səhiyyə siyasətində yeniliklərlə bağlı vacib məlumatlar əldə edib,
• beynəlxalq həmkarlarla geniş şəbəkələnmə imkanı qazanıb.
HIMSS Eurasia 2025 regionda rəqəmsal səhiyyə ekosisteminin formalaşmasına mühüm töhfə verən nüfuzlu tədbir olaraq öz missiyasını uğurla davam etdirib.