Azərbaycanda teletibb xidmətinin təşkili və tətbiqi istiqamətində ilk praktiki addım atılıb
16.03.2026
1904 baxış
Səhiyyə Nazirliyinin təşəbbüsü ilə ölkədə teletibb xidmətinin təşkili və tətbiqi istiqamətində ilk praktiki addım atılıb. Nazirliyin müvafiq əmrinə əsasən yaradılmış İşçi qrupunun ilk iclası keçirilib.
İşçi qrupunun tərkibinə Səhiyyə Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aidiyyəti nümayəndələri daxil edilib.
İclasda açılış nitqi ilə çıxış edən səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov müasir dövrdə səhiyyə sahəsində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin tibbi xidmətlərin əlçatanlığının artırılması, regionlararası bərabərsizliyin azaldılması və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm strateji əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, tibbi xidmətlərin keyfiyyətinin artırılması və kadr çatışmazlığının aradan qaldırılması səhiyyə sisteminin əsas prioritetləri sırasındadır.
İclas zamanı Səhiyyə Nazirliyi tərəfindən 2023-cü ilin iyun–avqust aylarında həyata keçirilmiş pilot layihə barədə məlumat təqdim olunub. Layihə çərçivəsində nazirliyin Elmi-Tədqiqat Pediatriya İnstitutu və Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda teletibb texnologiyalarından istifadə edilməklə tibbi konsultasiyalar təşkil edilib. Əldə olunan nəticələr teletibb texnologiyalarının effektivliyini və geniş tətbiq potensialını nümayiş etdirib.
Bildirilib ki, tibbi xidmətlərin əsasən paytaxtda cəmləşməsi bölgə əhalisinin keyfiyyətli səhiyyə xidmətlərinə çıxışını məhdudlaşdırır. Bu isə əlavə maliyyə və vaxt itkisinə, tibb müəssisələrində növbələrin uzanmasına və yoluxucu xəstəliklərin yayılması riskinin artmasına səbəb olur. Teletibb xidmətləri bu problemlərin aradan qaldırılmasında mühüm alət kimi çıxış edə bilər.
İclasda teletibb xidmətlərinin geniş tətbiqi üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi, tibb müəssisələrinin texniki təchizatının müasirləşdirilməsi, eləcə də səhiyyə işçilərinin bu sahədə bilik və bacarıqlarının artırılmasının əsas hədəflər olduğu vurğulanıb.
Eyni zamanda, teletibb xidmətlərinin təşkili və tətbiqi ilə bağlı qərar layihəsinin hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsinin vacibliyi qeyd olunub.