Bütün vakansiyalar

Kompüter üzrə texnik

Azərbaycan, Bakı AZ 1022 akad. M.Mirqasımov küç. 1A Tam ştat 05.11.2026 530 AZN (gross) AZN

İşin Təsviri

Əsas vəzifələr:
NTİS və tibbi informasiya sistemləri üzrə gündəlik işlərin icrasında iştirak etmək;
Sistemdə istifadəçilərə texniki və funksional dəstək göstərmək;
İstifadəçilərdən daxil olan telefon zənglərini cavablandırmaq, NTİS və tibbi informasiya sistemlərindən istifadə ilə bağlı sualları operativ şəkildə cavablandırmaq;
İstifadəçilərin qarşılaşdıqları texniki və funksional problemləri dinləmək, ilkin dəstək göstərmək və zərurət yarandıqda aidiyyəti üzrə yönləndirmək;
Daxil olan müraciətləri qeydiyyata almaq, onların icrasını izləmək və istifadəçilərə sistemlərin istifadəsi ilə bağlı müvafiq məlumat vermək.
Tibbi proseslərin informasiya sistemində düzgün əks olunmasını təmin etmək;
İstifadəçilərdən daxil olan müraciət və problemləri operativ şəkildə həll etmək;
Sistemlə bağlı yaranan texniki və funksional çətinlikləri aidiyyəti üzrə yönləndirmək;
Məlumatların sistemə düzgün daxil edilməsinə və istifadəsinə nəzarət etmək.

İŞ REJİMİ : 5 günlük
İŞ VAXTI : 09:00-18:00

Müraciət üçün : Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Texnik” qeyd etməklə hr@rsm.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • TƏHSİL : Ali İŞ TƏCRÜBƏSİ : 1 ildən artıq
  • Yeni bilik və bacarıqları öyrənməyə həvəsli olmaq.
  • Operativ, məsuliyyətli və diqqətli olmaq;
  • Gərgin və intensiv iş rejimində işləmək bacarığı
  • Komandada işləmək bacarığı;
  • Xəstəxana və tibbi informasiya sistemləri haqqında ilkin biliklərə malik olmaq;
  • Ambulator və stasionar xidmətlər, pasiyentlərin qəbulu və evə yazılması daxil olmaqla, əsas tibbi proseslər barədə məlumatlı olmaq;
  • Microsoft Office proqramlarından, o cümlədən Word və Excel-dən istifadə bacarığı;
Müraciət etmək istəyirsiniz?

Bizimlə işləmək üçün CV-nizi göndərin. Müraciətinizi səbirsizliklə gözləyirik!

İndi Müraciət et
Suallar üçün: 814